NIC Teaming on Windows server 2012


     Nic Teaming və onun Windows Server  2012-də sazlanılması

Nic teaming- linklərin qruplaşdırılması ((başqa bir adı Load Balancing/Failover (LBFO) ) Windows Server 2012-nin bütün versiyalarinda və serverin bütün rejimlərində (Core, MinShell, Full GUI) mövcud olan texnoloiyadır.Bir neçə fiziki adapterlərini birləşdirib məntiqi adapter yaratmaqda komək edir.Windows Server 2012-dən əvvəl olan Windows Server əməliyyat sistemlerində Nic teaming yalnız kənar istehsalçılar tərəfindən utilit formasında təqdim olunurdu.Nic teaming-in üstünlüklərindən biri odur ki,qruplaşdırılmada olan şəbəkə adapterinin biri sıradan çıxdığı halda şəbəkə qoşulması itirilmir,server trafiki qruplaşdırılmada olan işləyən adapterin üzərinə yönləndirir.Həm də 32-dək şəbəkə adapterinə qruplaşdırmağa imkan yaradır.Ethernet olmayan ((Bluetooth, Infiniband ) adapterlərin qruplaşdırılması dəstəklənmir.Qruplaşdırılmaya əlavə olunacaq şəbəkə adapterlərinin drayverlərində Windows Hardware Qualification and Logo (WHQL) rəqəmsal imzası olmalıdır.Bu imza olduqda müxtəlif istehsaçılar tərəfindən təqdim olunmuş adapterləri qruplaşdırılmaya əlavə etmək olar.Bir qrupda yalnız qoşulma sürəti (speed connections) eyni olan adapterləri birləşdirmək olar.
Linklərin qruplaşdırılması(nic teaming ) sazlananda bir neçə parametri qeyd olunmalıdır:Qruplaşdırılma rejimi(teaming mode) və trafikin balanslaşdırılması rejimi (load balancing mode)
Qruplaşdırılma rejimi(teaming mode)  iki formada işləyə bilər :
-Switch independ( müstəqil).Adından göründüyü kimi Switch depend (asılı) vəziyyətində qruplaşdırılmaya daxil olan butun adapterlərinin qoşulduğu sviçdə sazlamalar aparılmalıdır.Bu sazlamaları iki formada həyata keçirmək olar:sviçin statik sazlanması (IEEE 802.3ad draft v1) və Link Aggregation Control Protocol (LACP, IEEE 802.1ax)
-İndepend vəziyətdə adapterlər fərqli switçlərə qoşula bilər.belə rejimdə failover tək adapter deyil,sviç səviyəsində də təmin olunur.
Trafikin balanslaşdırılması rejimi (load balancing mode) iki formada olur: Hyper-V Port və Address Hash.
-Hyper-V Port rejimində qruplaşdırılmanın adapteri müəyyən olunmuş Hyper-V-nin sviç portuna bağlanılır.Bu rejimin işləməsi ,yalnız uzərində Hyper-V rolu yüklənilmiş server əməliyyat sistemində istifadə etməklə mümkündür
-Address Hash rejimində şəbəkə paketinin hash-i ,göndərənin və alanın ünvanlarına görə hesablanır.Alınan rəqəm hər hansı bir adapterəbağlanır və gələcəkdə həmin göndərən ünvandan  bütün trafik bu adapterdən istifadə edir.
Standby adapter (Ehtiyyat adapter) adapterlərin birinin ehtiyyat üçün sazlanmasına imkan yaradır.Adi vəziyyətdə Ehtiyyat adapter yuxu rejimində olur,və yalnız digər adapterlərin sıradan chıxdığı halda,onun yerini tutur və trafikin ötürülməsində fasilə yaranmır.


İndi isə keçək Nic teaming- linklərin qruplaşdırılmasının Windows Server 2012 r2-nin üzərində sazlanmasına


1.Lokal Server bölməsində  Nic Teaming-i seçirik







2.Teams bölməsinin Task menyusunda New team seçirik



3.Yaradılan qruplaşdırmanın adını qeyd edirik,ona daxil olacaq adapterləri qeyd edirik və qruplaşdırmanın növünü seçirik (Static, Switch Independent,LACP).



4. Trafikin balanslaşdırılması rejimini sazlayırıq



5.Lazım gələrsə Standby adapteri da seçə bilərik



6.Nəticədə şəbəkə adapterlərinin siyahısında yeni şəbəkə interfeysi yaradılır






Power Shell-də,şərti götürülmüş sazlamalarla,qruplaşdırmanı belə şəkildə sazlamaq olar

New-NetLbfoTeam -Name teamSRV1 -TeamMembers LAN1,LAN2 -TeamingMode SwitchIndependent -LoadBalancingAlgorithm TransportPorts




Bu qədər.Diqqətinizə görə minnətdaram ))





Комментарии

Популярные сообщения из этого блога

Docker for dhcp